Official U.S. PlayStation Magazine

Official U.S. PlayStation Magazine
Loqonun şəkli
"OPM" jurnalının son buraxılışı (yanvar 2007)
"OPM" jurnalının son buraxılışı (yanvar 2007)
Baş redaktor Tom Biron
İcraedici redaktor Dana Yonqevaard
Öncəbaxış redaktoru Tyerri Nquyen
Əməkdaşlar 18 redaktor
Növ Videooyun
Təsisçi Cim Lauderbek
Təsis tarixi 1997
İlk buraxılışı 1 oktyabr 1997) (1997-10-01)
Nəşrini dayandırıb 1 fevral 2007) (2007-02-01)
Şirkət Ziff Davis Media
Ölkə  ABŞ
Qərargah San-Fransisko, Kaliforniya
Dil İngilis dili
opm.1up.com

Official U. S. PlayStation Magazine (abr. OPM) — "Ziff Davis Media" tərəfindən nəşr edilmiş keçmiş ABŞ aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnalın hər ay nəşr edilən buraxılışı demo disklər və "PlayStation" videooyunlarının videolarını daşıyırdı. Jurnalın fəaliyyəti demək olar ki, on il davam etmişdir (oktyabr 1997 – yanvar 2007).

"OPM" 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırandan bir ay sonra müstəqil "PlayStation" jurnalı olan "PSM" adını dəyişdirərək "PlayStation: The Official Magazine" olmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy